SOCAR-ın iki şirkəti Gürcüstanın - ƏN GƏLİRLİ ŞİRKƏTLƏRİ ARASINDA | Banco.az

SOCAR-ın iki şirkəti Gürcüstanın - ƏN GƏLİRLİ ŞİRKƏTLƏRİ ARASINDA

2018-ci ildə Gürcüstanın ən gəlirli şirkətlərinin ilk onluğu arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iki şirkəti yer alıb. 

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi (GEOSTAT) yerli KİV-lərin sorğusuna cavabında bildirib. 

Məlumata görə, SOCAR-ın  pərakəndə yanacaq satışı həyata keçirən “SOCAR Georgia Petroleum” və təbii qazın topdan satışını həyata keçirən “SOCAR Georgia Gas” şirkətləri Gürcüstanın ən gəlirli 10 şirkəti  arasında  yer alıb. 

Qeyd edək ki, 2018-ci ildə “SOCAR Georgia Gas” Gürcüstanda 567 milyon lari məbləğində vergi ödəyib. 640 000 abonentə təbii qaz paylayan şirkətin hazırda 2200 işçisi var. 1500 işçisi olan “SOCAR Georgia Petroleum” şirkəti isə bu ölkədə ilk yanacaqdoldurma stansiyası olaraq 25 aprel 2008-ci ildə istifadəyə verilib. 

Apa