Müəllif: Tamara Mustafayeva, Banco.az
Forbes: Milyarderlərin ümumi sərvəti 20 trilyon dolları keçib.
Banco.az xəbər verir ki, “Forbes” tərəfindən yayımlanan Milyarderlər Siyahısına daxil olan şəxslərin sayı bu il 3 min 428-ə yüksəlib, milyarderlərin ümumi sərvəti isə 20,1 trilyon dollara çatıb.
“Forbes” jurnalının bu il 40-cı dəfə dərc etdiyi Milyarderlər Siyahısı göstərir ki, süni intellekt sahəsində sürətli inkişaf, maliyyə bazarlarında fəallıq və əlverişli maliyyə siyasətləri nəticəsində rekord sayda insan siyahıya daxil olub.
Buna görə, dünyada milyarderlərin sayı ötən illə müqayisədə 400 nəfər artaraq 3 min 428 nəfərə çatıb və yeni rekord səviyyəyə yüksəlib.
Ötən il ərzində milyarderlərin sərvəti sürətlə artmağa davam edib, ümumi sərvət isə indiyədək görünməmiş sürətlə böyüyüb.
Milyarderlərin ümumi sərvəti əvvəlki illə müqayisədə 4 trilyon dollar artaraq 20,1 trilyon dollara çatıb və rekord səviyyəyə yüksəlib.
Dünya üzrə 20 nəfərin 100 milyard dollar və daha çox sərvətə malik olduğu müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
