Skorinq: bank kreditlərin verilməsi barədə qərarı necə qəbul edir? | Banco.az

Skorinq: bank kreditlərin verilməsi barədə qərarı necə qəbul edir?

Müasir dövrdə heç bir maliyyə təşkilatı öz fəaliyyətində skorinq sistemini nəzərdən qaçıra bilməz. Əgər əvvəllər iqtisadçılar bu tipli hesabları və təhlilləri "əl ilə" həyata keçirirdilərsə, hal-hazırda bütün sxemlər xüsusi proqramlarda öz əksini tapır və obyektiv cavab almaq üçün menecerdən yalnızca müştəri barədə məlumatları daxil etmək tələb olunur. Nəticədə isə "Müraciət edən bu şəxsə kredit vermək düzgündürmü və zaman keçdikcə onun problemli müştəriyə çevrilməməsi ehtimalı nə qədərdir" kimi suallara cavab tapılır.

Skorinqlər açıq (bank əməkdaşı hər bir cavab nəticəsində toplanan balı görür və lazımi qiymətləri seçməklə hesaba təsir edə bilir) olduğu kimi, qapalı (əməkdaş yalnızca ümumi nəticə barədə məlumat əldə edir) da olur. Hal-hazırda qapalı skorinqlər böyük üstünlüklə istifadə olunsalar da, kreditlərlə iş üzrə 5-10 illik təcrübəyə malik menecerlər proqramdan müsbət cavab almaq üçün hansı suala necə cavab verəcəklərini artıq bilirlər.

Skorinqin ən sadə modeli aşağıdakı parametrləri təhlil edir:

- Yaş

- Ailə vəziyyəti, övladlar

- Fəaliyyət sahəsi

- İxtisas, ali təhsil, alimlik dərəcələrinin olması

- Ümumi təcrübə və indiki iş yerindəki təcrübə

- Orta aylıq gəlir və xərclərin təxmini məbləği

Qeyd edək ki, sözügedən parametrlər bununla kifayətlənmir. Bu siyahıya kredit tarixçəsi, yaşayış yeri, şəxsin mülkiyyətində olan daşınmaz əmlakın növü, şəxsi avtomobilin olması, bankda hesab və ya depozitin olması barədə məlumatları da daxil etmək mümkündür.

Bəs kimlərin kredit almaq şansı var?

Anketi dolduran zaman unutmayın ki, bütün məlumatlar bank əməkdaşı tərəfindən xüsusi proqrama daxil ediləcək və həmin proqram sizin skorinq balınızı hesablayacaq. Nəzərə alın ki, bu qiymətləndirmə nəticəsində əldə etdiyiniz yüksək bal, kredit əldə etmək üzrə daha böyük şansa malik olduğunuzun göstəricisidir. Bəs verdiyiniz cavablar skorinqin nəticələrinə necə təsir göstərir?

Cavablarınızla skorinqin nəticələrinə təsir göstərməyə çalışmayın. İlk olaraq, reallığa uyğun olmayan məlumat təqdim etdiyinizə görə siz ciddi cəzalar ala bilərsiniz. İkinci növbədə isə çoxsaylı parametrlər mövcuddur ki, onlar üzrə "düzgün cavablar"ı təxmin etmək mümkün deyildir.

Onu da qeyd edək ki, suallara düzgün cavab verməklə yanaşı, həmçinin cavablarınızın yığcam və dəqiq olmasına da diqqət yetirməlisiniz. Vaxta qənaət etmək istərkən, "Mülkiyyətində olan daşınmaz əmlakın növü" qrafasını boş saxlamaqla, skorinq zamanı aşağı bal toplamanıza şərait yarada bilərsiniz.

Bir neçə müştəri qrupları vardır ki, banklar onları öz müştərilərinin sırasında görmək istəmirlər. Bəzi suallara cavab zamanı onların skorinq nəticələrində ciddi şəkildə azalma qeydə alınır. Həmin müştərilər sırasına daxildir:

- Mənfi kredit tarixçəsinə malik olan və ya 2 yaxud daha çox inzibati xəta törətmiş şəxslər,

Ən sərfəli kredit üçün müraciət et

- Aşağı ixtisaslı və ya aşağı maaşlı şəxslər

- Hüquq-mühafizə orqanlarının işçiləri. Paradoksal fakt ondan ibarətdir ki, onların rəsmi gəlirləri olduqca aşağıdır. Bu isə onlara istədikləri kredit məbləğini əldə etmək imkanı vermir.

- Hüquqşünaslar. Təəccüblü səslənsə də, son zamanlar anketin "ixtisas" qrafasında "hüquqşünas" ixtisasını qeyd edən şəxslərin skorinq nəticələri kifayət qədər aşağı olur.

Bocgötürən qismində çıxış etmək üçün nə etməli?

Özünüz barədə heç bir məlumatı təhrif etmədən və gizlətmədən sualları dürüst şəkildə cavablandırmağa çalışın. Unutmayın ki, sizin bütün cavablarınız müvafiq sistem vasitəsilə mütləq şəkildə yoxlanacaq. Skorinq - ideal mexanizm olmasa da, borcgötürən qismində çıxış edəcək layiqli müştərilərin seçilməsində demək olar ki, 95%-lik nəticə göstərir. Əgər siz ödəmə qabiliyyətinə maliksinizsə və heç bir pis niyyətiniz yoxdursa, o zaman kredit təşkilatına heç çəkinmədən müraciət edə bilərsiniz.

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et