Şirkət iflasları son 30 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Şirkət iflasları son 30 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Mehin Qasımova/Banco.az

Böyük Britaniyanın tərkibində olan İngiltərə və Uelsdə müflisləşən şirkətlərin sayı ötən il son 30 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, İngiltərə hökumətinə bağlı Müflisləşmə Xidmətləri tərəfindən edilən açıqlamada İngiltərə və Uelsdə keçən il iflas edən şirkətlərin sayının 25 min 158-ə yüksəldiyi bildirilib.

Yüksək borclanma xərcləri, yüksək inflyasiya və istehlak tələbinin azalması iflasların artmasına səbəb olub.

Bu, 1993-cü ildən bəri İngiltərə və Uelsdə şirkətlərin müflisləşməsinin ən yüksək illik səviyyəsidir.

Əvvəlki ildə (2022) İngiltərə və Uelsdə müflis olan şirkətlərin sayı 22 min 123 idi.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, önümüzdəki dövrdə İngiltərə Bankından faiz endirimi gözləntisinin biznes üçün bir qədər rahatlıq gətirəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et