Sığorta şirkətlərinin kənar auditini hansı auditor şirkətləri aparır (2018, II rüb) | Banco.az

Sığorta şirkətlərinin kənar auditini hansı auditor şirkətləri aparır (2018, II rüb)

Bankların kənar auditorlarını müəyyən etdik, indi isə sıra sığorta şirkətlərindədir. Sığorta şirkətləri banklardan fərqli olaraq öz hesabatlarını rüblük yox il üzrə açıqlayır, lakin yenə də audit rəyinə ehtiyac vardır. Artıq bir çox sığorta şirkətimiz öz 2017-ci il üzrə audit rəyi hesabatını açıqlamışdır. Bu hesabata istinadən sığorta şirkətlərinin kənar auditorunu müəyyən etdik.

Banklarımızın kənar auditini hansı auditor şirkətləri aparır?

Qeyd edək ki, sığorta şirkətlərimiz əksəriyyəti beynəlxalq auditor şirkətlərinin yerli nümayəndəliyinə ilə  yerli audit şirkətlərinə müraciət edib, ən çox üstünlük təşkil edən audit şirkəti isə Caspian Consulting&Partners şirkətidir. Həmçinin bəzi sığorta şirkətlərimiz öz saytlarında 2017-ci il üzrə audit rəyini yayınlamadığından onlar bu cədvəldə yer almayıb.

Sığortaçının adı

Auditoru

“Paşa Həyat Sığorta” ASC

Caspian Consulting&Partners

“Paşa Sığorta” ASC

Caspian Consulting&Partners

Dövlət Sığorta Kommersiya Şirkəti

Premium Audit

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC

L.B. Audit xidməti

“Atəşgah” Sığorta Şirkəti ASC

L.B. Audit xidməti

“Meqa Sığorta” ASC

Azər Əliyev (sərbəst auditor)

“AtaSığorta” ASC

Azəri-Audit

“AXA MBASK” Sığorta Şirkəti ASC

Ason-Audit

“AZSIĞORTA” ASC

Analitik-Audit Konsaltinq

“Qala Həyat” Sığorta Şirkəti ASC

Caspian Consulting&Partners

“Qala Sığorta” ASC

Caspian Consulting&Partners

“Azərbaycan Sənaye Sığorta” ASC

Abbasov Çingiz Abbas oğlu

(sərbəst auditor)

“Xalq Sığorta” ASC

ANR Audit

“Günay Sığorta” ASC

RSM Azerbaijan

“A-Qroup Sığorta Şirkəti” ASC

Caspian Consulting&Partners

“Rəvan Sığorta” ASC

Musayev Adıgözəl Maqsud oğlu

(sərbəst auditor)

“Bakı Sığorta” ASC

G&A Audit Company

“Amrah Sığorta” ASC

Abbasov Yaşar Çingiz oğlu

(sərbəst auditor) 

Ən sərfəli kredit üçün müraciət et