Sığorta şirkəti kapitalını artırdı | Banco.az

Sığorta şirkəti kapitalını artırdı

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bakı Sığorta" ASC-nin məbləği 1 milyon manatdan bir qədər çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

QKDK-ya istinadən verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 760 manat olan 1316 ədəd səhm buraxılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Emissiya yerləşdirildikdən sonra şirkətin nizamnamə kapitalı 8 milyon manatdan 9 000 160 manatadək artırılacaq.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et