Səyahət zamanı plastik kartınız itərsə | Banco.az

Səyahət zamanı plastik kartınız itərsə

Səyahət zamanı plastik kartlardan istifadənin yaratdığı üstünlüklər haqqında indiyə qədər çox söhbət açmışıq.

Amma ki, həyatda gözlənilməz hadisələr hər zaman olur və səyahət zamanı, çantanın, pul qabının, plastik kartarın itirilməsi, o cümlədən oğurlanması halları da istisna deyil. Nağd pul itərkən onu qaytarmaq mümkün olmasa da, kartlarda olan pulu, cəld olsanınz qoruya bilərsiniz. Etməli olduğunuz tək şey kartı bloka salmaqdır.

Unutmayın ki, pin kod olmasa belə, kartın üzərində olan rəqəmlər vasitəsi ilə internet ödənişləri etmək mümkündür.

Kartı necə bloka salmalı?

Məsələ ilə bağlı bir neçə aparıcı bank ilə əlaqə saxladıq. Hər bir bankda prosedurlar fərqli olur. Ona görə də ən yaxşısı səfərə çıxmazdan öncə, kartınızın emitenti olan bank ilə əlaqə saxlamaqda fayda var.

Məsələn, Bank Respublikada sorğumuza cavab olaraq, bildirdilər ki, Mobil Banking xidmətini aktiv etmək kifayət edir. Xidmət   Bank Respublikanın bütün kartlarında keçərlidir və tətbiq vasitəsi ilə kartlarınızı blok edə bilərsiniz.

Unibak isə sorğumuza cavab olaraq bildirdi ki, getməzdən öncə mütləq intnernet bankinqə qoşulmaq lazımdır. İnternet bankinqdən istifadə edib kartınızı  blok etmək olar. Həmçinin  Albalı Plus kredit və debet kartı üçün nəzərdə tutulmuş mobil applikasiya vasitəsi ilə də kartı bloka salmaq mümkündür. Eyni zamanda xaricdə olan zaman vətəndaşın qohumları da onun adından müraciət edib, kartla bağlı lazımı məlumatları təqdim edib kartı bloka sala bilər.

Bank of Baku -nun əməkdaşı bildirdi ki, bankın bütün kartlarını əgər sms bankinq xidməti aktiv olarsa, sms vasitəsi ilə kartı blok etmək mümkündür. Həmçinin bankın saytında onlayn konsultasiya xidmətinə müraciət etmək, bundan əlavə facebook vasitəsi ilə əlaqə saxlayıb, məlumatları təsdiqləyərək kartı bloka sala bilərsiniz.

Kapital Bank – bildirirlər ki, prosessinq mərkəzi ilə əlaqə saxlamaq lazımdır, təbii ki, ölkə xaricində olanda bu çox vaxt mümkün olmur. Onun üçün də ən yaxşı yol sms bankınqi aktiv etmək, və bir sms-lə kartı bloka salmaqdır. Həmçinin şəxsiyyət vəsiqəniz və kartınızla birlikdə onu aldığınız filiala yaxınlaşıb, öncə internet bankinq xidmətini aktiv edir, daha sonra mobil tətbiqi telefonunuza yükləyib, mobil bankinqdən istifadə edə bilərsiniz. Mobil bankinq kartınızı anında blok etmək imkanı verəcək.

Əgər telefonundan istifadə etmək və zəng etmək imkanınız olsa, bankın qısa qaynar xətləri ilə əlaqə saxlayın və ya kartın prosessinq mərkəzinə zəng edin. Təbii ki, bu zəng sizə nisbətən daha baha başa gələ bilər. Amma zəng ən effektiv ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizdə mütləq saxlayın

  1. Xarici ölkəyə səfər edərkən kartınızda baş verən bütün əməliyyatlardan xəbərdar olmaq üçün kartınızda sms- notification, sms –məlumatlandırma xidmətlərini aktivləşdirin. Bu sizə imkan verəcək ki, kartınız vasitəsi ilə kənar adam alış-veriş edən kimi bundan xəbər tutasınız. Bəzən olur ki, kartın itməyindən insan özü çox gec agah olur.
  2. SMS-ləri almaq üçün xidmətin bağlı olduğu nömrə xaricə gedərkən işlək vəziyyətdə olmalıdır. Yəni ən azından heç kəsə zəng etməsiniz və zəng qəbul etməsiniz belə, Rominq xidmətini aktiv etməyə dəyər.
  3.  Mobil telefonunuza bankınızın mobil tətbiqini yükləyin. Bu tətbiq vasitəsi ilə kartı bloklaşdırmaq, ən son edilmiş alış-verişlərin zaman və məkanı haqqında məlumat əldə etmək mümkündür.  

Banklarımızda mobil bankçılıq xidməti neçəyədir?

    4 Ehtiyat kimi başqa bir bankın kartını da alın ki, əsas kartınız itdikdə asanlıqla itirilmiş kartdakı vəsaiti sahib olduğunuz digər karta köçürəsiniz.  

Banklarda "card to card" neçəyədir?

5.  Kartı oğurluq halına qarşı sığorta edin. Belə halda, əgər kartakı vəsaiti sizdən əvvəl çıxarmışlarsa, sığorta sizə dəyən zərəri kompensasiya edəcək. Düzdür, bu zaman siz sığortaçıya kartın necə itməsi ilə bağlı hər şeyi təfərrüatı ilə izah etməli olacaqsınız. Bunlar sığortaçının inanması və fırıldaqçılıq halının qarşısını ala bilməsi üçün vacibdir.

6. Öz hesabınıza nəzarət edin – hesabınızı müntəzəm olaraq online banking və ya mobil tətbiq vasitəsi ilə yoxlayın. 

Sonda kartınızdan və digər şəxsi əşyalardan muğayat olun ki, səyahətdən daha rahat zövq ala biləsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et