SMS Banking nədir?
“SMS Notifications” – SMS xəbərdarlıq kart sahibinin onun kartı ilə aparılan bütün əməliyyatları haqqında dərhal SMS vasitəsi ilə xəbərdarlıq etmək deməkdir.
“SMS Notifications” xidmətindən istifadə edərək kart sahibi mobil telefonuna kartı üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq alır. Bununla yanaşı kart sahibi kart hesabının qalığı haqqında məlumat əldə edir ki, bu da şəxsi xərclərin idarə edilməsində yardımçı olur. Xidmət həmçinin maaş kart sahibləri üçün faydalıdır. Onlar hesaba maaş hesablanan zaman ani olaraq telefona xəbərdarlıq alır.
SMS Banking xidməti hansı imkanları yaradır?
- Ödəniş kartınız vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması;
- Ödəniş kartınızın istifadə müddətinin bitməsi haqqında məlumatın alınması;
- Ödəniş kart hesabınızda olan cari balans barədə məlumatın alınması;
- Kommunal xidmətlərin ödənilməsi;
- Azercell, Bakcell, və Nar mobile mobil operatorunun xidmətlərinin ödənilməsi;
- Gündəlik valyuta məzənnəsi barədə məlumatın alınması;
- Ödəniş kart hesabınızdan qısa məzmunlu çıxarışın alınması;
- Ödəniş kartınızın müvəqqəti bloklaşdırılması;
Bank |
Xidmətin müddəti (ay) |
Xidmətin dəyəri (AZN) |
AFB Bank |
12 |
18 |
Amrahbank |
12 |
pulsuz |
Atabank |
12 |
pulsuz |
Bank Avrasiya |
12 |
24 |
Bank BTB |
12 |
24 |
Bank Respublika |
12 |
19.88 |
Beynəlxalq Bank |
12 |
14.16 |
Atra Bank |
12 |
24 |
Bank Silk Way |
12 |
14.40 |
Bank Technique |
12 |
14.16 |
Mugan Bank |
12 |
pulsuz |
NBC Bank |
12 |
20 |
Nikoil Bank |
12 |
2 |
Rabita Bank |
12 |
20.40 |
Xalq Bank |
12 |
24 |
Dəmir Bank |
12 |
filiala müraciət etdikdə 9 |
Express bank |
12 |
6 |
Kapital Bank |
12 |
pulsuz |
Azər Türk Bank |
12 |
6 |
Yapı Kredi Bank |
12 |
12 |