Şəxsi brendi necə yaratmaq olar və burada ayıb nə var ki? | Banco.az

Şəxsi brendi necə yaratmaq olar və burada ayıb nə var ki?

Əgər sizdən xahiş etsəydim ki, ölkəmizdəki 10 ən yaxşı siyasətçinin, iqtisadçının, jurnalistin, bloqqerin və ya dünyaca məşhur müğənninin adını çəkəsiniz, siz rahatlıqla 2-4 soyad qeyd edə biləcəkdiniz. Bundan sonra isə əksər hallardakı kimi bir az sükut çökəcəkdir.

Amma bu təbiidir, insan beyni belə qurulub. O müəyyən iyerarxiya qurur və onunla bağlı assosiasiya yaradır və əlavə informasiyaları yadda saxlamır. Sosial təsdiqə və həmin şəxsin adının cəmiyyətdə hallanmasına istinad edir.

Nəticədə insanlar hər kateqoriyada yalnız yüksək mövqedə olanları xatırlayır (bir qayda olaraq, ən çox onlar haqqında eşidir və google-də axtarış zamanı onların adı birinci çıxır).  Top 3 və digərləri arasında olan uçurum isə getdikcə daha da böyüyür. Populyarlar getdikcə daha da populyar olur, bəzən layiq olmadıqları halda belə  liderlər ən yaxşı müştəriləri özünə götürür və istədikləri şərtləri diktə edə bilirlər.

Bu gün yaxşı nəticəyə nail olmaq üçün sadəcə öz işini yaxşı görmək kifayət deyil. Əhəmiyyətli nəticələrə nail olmaq üçün şəxsi brendin yaradılması üzərində sistemli iş və onun önə çəkilməsi tələb olunur.

Şəxsi brend sizi digər insanlardan ayırır, sizi rəqiblərdən fərqləndirir, insaların yaddaşında sizin obrazı möhkəmləndirir və onların məhz sizi seçməsinə təkan verir. Amma bu yalnız o halda işə yarayır ki, ətrafdakı insanların beynində sizin haqqınızda hansı fikrin yaranmasına siz nəzarət edirsiniz, siz qərar verisiniz ki, kim və harda sizin haqqınızda nə danışacaqlar, insanlar sizin haqqınızda hansı informasiyanı öyrənəcək.  

Şəxsi brendin yaranması üçün tələb olunur:

  1. Konkret bir sahə üzrə özünü ekspert kimi mövqeləndirmək;
  2. Öz hədəf auditoriyanı  və hansı ehtiyacları qarşıladığınızı müəyyən etmək
  3. Siz və sizin fəaliyyətiniz haqda informasiyaya çıxış yaratmaq (insanlar üçün sizin haqqınızda məlumatı əlçatan etmək).
  4. Mütəmadi olaraq, lazımı informasiyanın seçilmiş kanallar vasitəsi ilə ötürülməsi, yayımlanması  
  5. Daima öz məhsulunun keyfiyyətinin artırılması və hədəf audotiyası üçün dəyərli olması üzərində işləmək

Bəzən hətta uğurlu insanlar belə öz brendlərini yaratmaq haqqında düşünmürlər, çünki istəmirlər tanınsınlar, və qorxurlar ki, hər hansı bir brend ( və ya məşhurluq) onlar üçün müəyyən çərçivə və sıxıntılar yaradacaq, ya da bütü bunlar onlara çox bahalı və ya mürəkkəb görünür.

Ən sərfəli kredit üçün müraciət et

Hətta bəzən öz adını daşıyan brendin yaradılması və ya özünü PR etmə ayıb –utandırıcı bir şey kimi qələmə verilir.

Çox az az adam o haqda düşünür ki, şəxsi brendin yaradılması həm də bir zərurətdr və labüddur.

  • Həyat strategiyasını və məqsədlərini müyyən etmək üçün;
  • Digər insanlar üçün konkret olaraq öz dəyərinin formalaşdırılması və öz dəyərini (qiymətini) söyləməyi öyrənmək
  • Daima öz xidmət və imicinin yüksək keyfiyyətini qorumaq
  • Öz zəif və güclü tərəflərini bilmək, inkişaf etmək və özünü müvafiq formada saxlamaq.

Əgər sizi konkret bir brendin çərçivələri qane etmirsə və sıxırsa, onda bir neçə brend yarada bilərsiniz. Siz strateji inkişaf üzrə konsultant, həm  də toy fotoqrafı ola bilərsiniz. Əgər enerji və bacarıq varsa, məhdudiyyət yoxdur.