SECO: Azərbaycanla birgə kapital bazarına dair yeni texniki layihə həyata keçirməyə hazırıq | Banco.az

SECO: Azərbaycanla birgə kapital bazarına dair yeni texniki layihə həyata keçirməyə hazırıq

Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” ölkədə qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramına uyğun olub. Bunu layihənin nəticələrinə həsr olunmuş bugünkü tədbirdə SECO-nun nümayəndəsi Simone Haiberli deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hazırda Azərbaycanda kapital bazarı layihənin icrasına başlandığı vaxtlarla müqayisədə daha çox əhəmiyyət kəsb edir: “Bu layihə yekunlaşsa da, biz Azərbaycanla birgə kapital bazarına daxil yeni texniki layihə həyata keçirməyə hazırıq və ən çətin məsələlərin həllində hökumətə kömək edə bilərik”. 

Mənbə: Report.az