“Samsung” radiasiya təhlükəsizliyi qaydalarını pozduğuna görə cərimələnib | Banco.az

“Samsung” radiasiya təhlükəsizliyi qaydalarını pozduğuna görə cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın tənzimləyici orqanı “Samsung Electronics”in radiasiya mənbələri ilə bağlı təhlükəsizlik qaydalarını pozduğunu, yarımkeçirici zavodunun işçilərini radiasiyaya məruz qoyduğunu müəyyən edib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, bu ilin mayında paytaxt Seuldan təxminən 40 kilometr cənubda yerləşən Gihin şəhərində iki “Samsung” işçisi illik normanı xeyli üstələyən radiasiya səviyyəsinə məruz qalıb. Hadisə silikon vafliləri analiz edən avadanlıqda aparılan texniki xidmət zamanı baş verib.

Araşdırma zamanı məlum olub ki, avadanlığın qapısı açılan zaman radiasiya mənbəyini avtomatik söndürən təhlükəsizlik qurğusu şirkətin radiasiya təhlükəsizliyi departamentindəki çatışmazlıqlar səbəbindən işləməyib.

Nüvə Təhlükəsizliyi Komissiyası araşdırmanın nəticələrinə əsasən “Samsung”a 10,5 milyon von (təxminən 7,9 min dollar) məbləğində cərimə şəklində inzibati cəza kəsib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, şirkət daha iki pozuntuya görə əlavə cərimələrlə üzləşə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et