“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihəyə qeydiyyat başladı | Banco.az

“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihəyə qeydiyyat başladı

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KOBİA-nın birgə dəstəyi ilə həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaqdır. Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının nəzərdə tutulduğu layihənin təlimi onlayn formada 4 noyabr saat 11:00-da Zoom platforması üzərindən keçiriləcəkdir. Sonda bütün sessiyalarda iştirak edən şəxslər sertifikatlarla təmin olunacaq və namizədlər arasından aktiv formada iştirak edən 2 sahibkarlıq subyekti seçilərək həmin subyektlərə ARPA tərəfindən 1 aylıq risk menecment sahəsi üzrə məsləhət xidmətləri göstəriləcəkdir.

Təlimdə iştirak etmək istəyən namizədlər qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.

https://www.smartsurvey.co.uk/s/Q8KKLB/

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et