Rusiyanın neft gəlirləri 11 ayın rekordunu qırıb | Banco.az

Rusiyanın neft gəlirləri 11 ayın rekordunu qırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın neft ixracatından əldə etdiyi gəlir ötən ay 17,1 milyard dollarla 11 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IAA) avqust ayı üzrə qlobal neft bazarı hesabatından toplanan məlumatlara görə, Rusiya avqust ayı ərzində gündəlik 7,2 milyon barel neft ixrac edib. Bu ixracın 4,8 milyon barelini xam neft, 2,4 milyon barelini isə neft məhsulları təşkil edib.

Rusiya bu satışlardan ümumilikdə 17,1 milyard dollar gəlir əldə edib. 

Neft qiymətlərinin bahalaşmasından faydalanan Rusiyanın sözügedən dövrdə yekun neft ixracı əvvəlki ayla müqayisədə gündəlik 100 min barel aşağı olsa da, gəliri iyul ayı ilə müqayisədə 1,8 milyard dollar artıb. Bu gəlir ötən ilin eyni ayına görə isə 1,6 milyard dollar azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə artıran Çin və Hindistan avqust ayında Rusiya neftinin ən böyük alıcıları olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram