Rusiyanın ən zənginlərinin sərvəti ilin əvvəlindən 18 milyard dollardan çox artıb | Banco.az

Rusiyanın ən zənginlərinin sərvəti ilin əvvəlindən 18 milyard dollardan çox artıb

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 18,293 milyard dollar artıb.

Banco.az xəbər verir ki, bu barədə  Bloomberg  Mildyarderlər İndeksi məlumat yayıb.

Bloomberg Milyarderlər İndeksinə əsasən, ilin əvvəlindən Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 5,29 milyard dollar qazanıb, onun sərvəti 24,1 milyard dollar təşkil edib.

“Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 3,75 milyard dollar artaraq 24,6 milyard dollara çatıb.Onun nağd investisiyalarının dəyəri dividendlərin, daxili əməliyyatların, vergilərin və bazar göstəricilərinin təhlilinə əsaslanır. Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 26,9 milyard dollara qədər artıraraq 2,91 milyard dollar qazanıb.

Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Əlişir Usmanov itkiyə məruz qalıb. Onun sərvəti 2,8 milyard dollar azalaraq 18,3 milyard dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin 500 ən varlı adamının sərvətləri haqqında məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram