Rusiyanın ən böyük neft şirkəti xalis mənfəətinin artdığını açıqlayıb | Banco.az

Rusiyanın ən böyük neft şirkəti xalis mənfəətinin artdığını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Rosneft”in xalis mənfəəti ilin I rübündə 46 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” cari ilin ilk rübündə xalis mənfəətinin əvvəlki ilin eyni dövrünə nəzərən 46 faiz artaraq 323 milyard rubla (4 milyard ABŞ dolları) çatdığını açıqlayıb.

“Rosneft”in yazılı bəyanatında şirkətin gəlirlərinin isə əvvəlki ilin eyni dövrünə görə 1,1 faiz azalaraq 22,2 milyard dollara (1,8 trilyon ABŞ dolları) düşdüyü bildirilib.

Bəyanatda şirkətin sanksiyalara baxmayaraq sabit maliyyə nəticələri əldə edə bildiyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, şirkətin karbohidrogen istehsalı 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 1,3 faiz artaraq 5,6 milyon barel ekvivalentinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et