Rusiyanın ən böyük neft şirkəti gəlir və mənfəətini açıqladı | Banco.az

Rusiyanın ən böyük neft şirkəti gəlir və mənfəətini açıqladı

Rusiyanın ən böyük neft şirkəti Rosneft-in xalis mənfəəti 2018-ci illə müqayisədə 2019-da 29% artaraq 708 milyard rubla (11,1 milyard dollar) yüksəlib.

Ötən il şirkətin gəlirləri isə 5,3% artımla 8,67 trilyon rubl (təxminən 136 milyard dollar) təşkil edib. 

Rosneft-in neft istehsalı həcmi Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə davam edən razılaşmaya görə keçən il dəyişməyərək gündəlik 4,67 milyon barel təşkil edib, təbii qaz istehsalı 0,5% azalaraq təxminən 67 milyard kub metrə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə Rosneftin xalis mənfəəti 150% artaraq 549 milyard rubl təşkil etmişdi. 

Dünyanın ən böyük neft şirkətləri arasında yer alna Rosneft, qlobal neft istehsalının təxminən 5%-ini reallaşdırır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et