Rusiyanın bank sektorunun xalis mənfəəti 6% azalıb | Banco.az

Rusiyanın bank sektorunun xalis mənfəəti 6% azalıb

2020-ci ildə Rusiyanın bank sektoru 1,6 trilyon rubl (təxminən 21 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

Bu barədə Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 5,9% azdır.

“Banklar çətin şərtlərə baxmayaraq yaxşı nəticələr göstərib. Əlbəttə, bu nəticələr sistem daxilində qeyri-bərabər paylanır, anacaq yenə də mənfəət əldə edən bankların sayı olduqca çoxdur”, - açıqlamada qeyd olunub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram