Rusiyanı maliyyə cəhətdən ağır sınaqlar gözləyir | Banco.az

Rusiyanı maliyyə cəhətdən ağır sınaqlar gözləyir

Yaxın iki il ərzində Rusiyanın maliyyə vəziyyəti daha da çətinləşəcək. Bunu, "Unicredit" bankının iqtisadi analitikləri bildiriblər.

Onların fikrincə, Rusiyanın Ehtiyat Fondunda 2017-ci ilə qədər sərbəst vəsait qalmayacaq. Dünya bazarında neft və qazın qiymətlərinin azalması Rusiyaya fiskal böhran vəd edir. Belə ki, ÜDM-in 10%-i və büdcə transfertlərinin 20%-nə nəzarət edən "Qazprom" ASC-nin qaz hasilatı Avropada tələbatın azalması fonunda 19% geriləyib. Şirkətin gəlirlərinin bu il 2014-cü illə müqayisədə 40 mlrd. dollar və ya 27,4% azalaraq 106 mlrd. dollara düşməsi proqnozlaşdırılır.

Rusiyada ÜDM keçən il 4,9% azalıb, baza inflyasiyası hazırda 16,7% təşkil etdiyi halda, əhalinin real gəlirləri 8,4% azalıb. "Nomura" bankının hesabatına əsasən, Rusiyanın 83 əyalətindən 21-i defolt ərəfəsindədir - burada əmək haqqı və pensiya artımını həyata keçirə bilmirlər.

Bununla yanaşı bildirilir ki, Rusiya şirkətləri ilin ikinci yarısında 86 mlrd. dollar borc ödəməlidir. Amma onların bu borcu ödəmək qabiliyyəti aşağıdır və borcun yenidən maliyyələşdirilməsi üçün kapital bazarlarına çıxışı sanksiyalar tətbiq ediləndən bəri imkansızlaşıb. Nəticədə, bu vəzifə yenidən dövlətin üzərinə düşür. Dövlətin ehtiyatları isə sadəcə Ukrayna qarşıdurmasından bu tərəfə 524 mlrd. dollardan 316 mlrd. dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

"Unicredit"dən qeyd ediblər ki, Rusiyanın yeni neft-qaz yataqlarının kəşfiyyatına vəsait ayıra bilməməsi və köhnə yataqlara investisiya qoyulmaması neft hasilatını 2018-ci ilə qədər 5-10% azaldacaq. "LUKoil"un vitse-prezidenti Leonid Fedun qeyd edib ki, Rusiyada neft hasilatı 2016-cı ilin sonuna qədər 8% azala bilər.

"Report"un analitik qrupu qeyd edir ki, neft qiymətlərinin azalması 2015-ci ilin yanvar ayında gözlənildiyi kimi Səudiyyə Ərəbistanının qısamüddətli planı deyil, ən azı 2-3 ili əhatə edəcək və neft fyuçers kontraktları bunu deməyə əsas verir. Yanvarda Rusiya höküməti nəzarəti ələ ala bilin. Çünki Fondun "təhlükəsizlik yastığı" büdcə kəsiri və neft-qaz sahəsində yaranan böhranı aradan qaldırmağa imkan verirdi. Rusiya xammal qiymətlərinin artdığı dövrdə neft, qaz və digər təbii ehtiyatlara investisiya edərək rublu möhkəmləndirərək sənaye sektorunun çökməsinə imkan verməyib.

Hazırkı vəziyyət davam edərsə, Rusiyanı hansı nəticələr gözlədiyini proqnozlaşdırmaq çətindir. Hər hansı mənfi nəticə qonşu ölkələrə də öz təsirini göstərəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et