Rusiyadan Azərbaycana necə pul köçürmək olar? | Banco.az

Rusiyadan Azərbaycana necə pul köçürmək olar?

Davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın Mərkəzi Bankı aprelin əvvəlindən bu ilin sentyabrına qədər xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətlər qoyub. Başqa sözlə desək, Rusiyadan ayda 10 min dollardan və ya bunun digər valyutada ekvivalentindən çox olmayan məbləğdə pul köçürmək mümkündür. Bu, fiziki şəxslərin hesabdan hesaba köçürmələrinə  aiddir. Hesab açmadan pul köçürmə sistemləri vasitəsilə isə ayda 5000 ABŞ dollarından və ya bunun digər valyutada ekvivalentindən artıq olmayan məbləğdə pul köçürmək mümkündür. 

Bundan əlavə, ABŞ və Aİ-nın Rusiya banklarına tətbiq etdiyi sanksiyalar, Mastercard, Visa və Western Union pul köçürmə sisteminin ölkədə fəaliyyətini dayandırması da bir sıra problemlər yaradıb. Bu proseslər Rusiya ilə güclü iqtisadi və siyasi əlaqələri olan Azərbyacana da öz təsirini göstərir. Unutmaq olmaz ki, azərbaycanlıların çoxunun işləmək üçün üz tutduğu ölkələrdən biri də Rusiyadır. 

Bu səbəbdən də, Banco.az olaraq Rusiyadan Azərbaycana pul köçürmələri mümkün olan üsullar barədə məlumat verəcəyik. 

Həmçinin bax:  Rusiyaya necə pul göndərmək olar?

Kartdan karta pul köçürmə mümkün olmadığı üçün ən optimal variant pul köçürmə sistemləridir. Bunlardan əhatə dairəsi daha çox olan Zolotoya Korona və Contact-dır. 

1) Zolotoya Korona

Zolotoya Korona vasitəsilə pul köçürməsi üzrə komissiyalar bankdan asılı olaraq fərqlənir. Komissiyalar 1%-2,2% olmaqla minimum 70-200 rubl arasında dəyişir. 10000 rubldan yüksək köçürmələrdə isə komissiya 0,99% hesablanır. Lakin konvertasiya olunaraq köçürmə edərkən konvertasiya komissiyası hesablandığından köçürmə üçün komissiya tutulmur. Komissiya isə yalnız göndərən tərəfdən tutulur. Pulu alan heç bir komissiya ödəmir.

Azərbaycanda "Zolotaya Korona" pul köçürmələrini qəbul edə və göndərə biləcəyiniz banklar bunlardır: Kapital Bank, Rabitəbank, Unibank, Turanbank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Bank BTB, Muğanbank, Expressbank, Günay Bank, Azər Türk Bank, AFB Bank, Premium Bank. Bunlardan başqa, Azərpoçtun filiallarından da pul göndərə və ya təhvil ala bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

2) Contact

Contact vasitəsilə Azərbaycana pul köçürməsi zamanı ilin sonunadək komissiya tutulmur. Köçürmə rubl, dollar və avro ilə olmalıdır. Lakin bəzi rus bankları bu aksiyaya daxil deyil. Həmin banklarla linkdən tanış ola bilərsiniz - https://bit.ly/3rTOTwx

3) Granata

Digər bir üsul isə ABB-nin Granata pul köçürmə sistemidir. Digər sistemlərdən fərqli olaraq bunun vasitəsilə rubl, ABŞ dolları, avro ilə yanaşı, manatla da köçürmə etmək mümkündür. Rusiyadan Azərbaycana pul köçürmələrini istənilən Rusiya bankının kartı ilə Granat mobil tətbiqi ilə və yaxud ABB-Moskvanın xidmət ofisində nağd qaydada həyata keçirmək olar. Komissiya haqqı isə köçürülən məbləğin cəmi 0,9%-i təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram