Rusiyaya necə pul göndərmək olar? - Komissiyalar | Banco.az

Rusiyaya necə pul göndərmək olar? - Komissiyalar

Fevralın 24-dən Rusiya-Ukrayna müharibəsi nəinki müharibə aparan tərəflərə, eləcə də digər ölkələrin iqtisadiyyatına da təsirsiz ötüşmədi. 2 aya yaxın müddətdir ki, müharibə davam edir və artıq qərb ölkələri Ukraynanın ərazi bütövlüyünü pozduğu üçün Rusiyaya 8 mindən artıq sanksiya tətbiq edib. Bu sanksiyalar içərisində Rusiyanın bir neçə (7 bank) bankının beynəlxalq pul köçürməsi olan Swift sistemindən çıxması, Mastercard və Visa şirkətlərinin Rusiyada bank kartı vasitəsilə bəzi əməliyyatlara qadağa qoyması və bazarı tərk etməsi, Western Union pul köçürmə sisteminin fəaliyyətinin Rusiya ərazisində dayandırması  durur. Bütün bunların Rusiyanın iqtisadi gücünü zəiflədərək müharibəni dayandırmasına yönəlsə də, Azərbaycana da öz təsirini göstərir. Rusiya ilə ticarət əlaqələri ilə yanaşı, azərbaycanlıların işləmək və yaşamaq üçün üz tutuduğu ölkələr arasında Rusiya hələ də ilk yerlərdədir. 

Bəs bu halda insanlar hansı yollarla Rusiyaya və ya oradan Azərbaycana pul köçürə bilər? Swift və Western Union vasitəsilə beynəlxalq pul köçürmələri mümkün olmasa da, bunun üçün digər təcili pul köçürmə sistemlərdən istifadə edə bilərsiniz. Bunlar "Zolotaya Korona" və "Contact"dır. Bu məqalədə sizə Azərbaycandan Ruisyaya təcili pul köçürmələri zamanı tutulan komissiyalardan bəhs edəcəyik.

Əvvəlcə Zolotaya Korona nəzər yetirək. Bu sistemlə üç valyutada pul köçürmək mümkündür: ABŞ dolları, avro və Rusiya rublu. Köçürmə bir neçə dəqiqəyə həyata keçirilir. Köçürmə üzrə komissiyanı yalnız pulu göndərən ödəyir, pulu alan isə heç bir komissiya ödəmir. Onu da qeyd edək ki, 1000 USD-dək məbləği bankda hesab açmadan göndərə bilərsiniz. Komissiyalar 0,5%-1% arasında dəyişir. Əgər köçürmə Azərbaycan manatı ilə olarsa, bu zaman köçürməyə görə komissiya tutulmur.

Digər sistem isə "Contact"dır. Pul göndərmək üçün bankın filial və ya şöbəsinə yaxınlaşmaq lazımdır. Bunun üçün göndərənin şəxsiyyət vəsiqəsi, vəsaiti alacaq şəxsin ad, soyadına ehtiyac var. Pulu əməliyyatçıya verdikdə, o sizə 10 rəqəmli kod təqdim edəcək. Həmin kodu vəsaiti alacaq şəxsə bildirməlisiniz. Vəsaiti alan yaşadığı ərazidə olan banka bu kodu və şəxsiyyət vəsiqəsini təqdim etməklə, vəsaiti alacaqdır. Əgər istifadə etdiyiniz kartın məxsus olduğu bankın mobil tətbiqində bu funksiya varsa, bu zaman heç banka getməyə belə ehtiyac yoxdur.  Bununla, siz həm də şəxsin kart hesabına da köçürə bilərsiniz. Lakin bu zaman komissiyalar cədvəldə qeyd olunana nisbətən daha çox olacaq.

Contact üzrə komissiyalarla aşağıdakı cədvəldən tanış olaq.

Ən sərfəli kredit üçün müraciət et

Bunlardan başqa, bir neçə bankın özünəməxsus pul köçürmə sistemi ilə də pul göndərə bilərsiniz. İndi isə gəlin bunları nəzərdən keçirək.

1) ABB bankının Granat adlı köçürmə sistemi. Bunun vasitəsilə 0,9% komissiya ödəməklə, köçürmə edə bilərsiniz. Köçürülən pulu isə Rusiya ərazisində  yerləşən Bank ABB-Moskvanın filial və ya şöbələrinə yaxınlaşaraq götürə bilərsiniz. Başqa yolla, "Granat" mobil tətbiqi istifadə edərək də köçürmə edə bilərsiniz.

2) Bank Avrasiyanın Lider pul köçürmə sistemi. Onunla köçürmə edərkən, 3000 USD/EUR-dək (100000 RUB-dək) 1,5%, həmin məbləğdən 7000 USD/EUR-dək (200000 RUB-dək) olduqda - 1,3%, 20000 USD/EUR-dək (590000 RUB-dək) isə 90 USD/EUR (2200 RUB) komissiya hesablanır. 

3) Premium Bankın Privat Money vasitəsilə köçürmə zamanı tutulan komissiya göndərilən vəsaitin məbləğinə əsasən dəyişir.

Digər sistem isə Monex-dir. Bu sistem bir çox banklarda olsa da, onun vasitəsilə bir çox hallarda ölkədaxili köçürmə həyata keçirilir. Rusiyaya isə AFB, BTB və Expressbank vasitəsilə köçürmə edə bilərsiniz. Bu zaman sizdən minimum 2 USD/EUR və 60 RUB olmaqla, 1% komissiya tutulacaq.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram