Rusiya xarici banklara rəqəmsal rubla çıxış imkanı verməyi təklif edib | Banco.az

Rusiya xarici banklara rəqəmsal rubla çıxış imkanı verməyi təklif edib

Müəllif:Qasımova Mehin/Banco.az 

Rusiya SWIFT sistemindən yan keçmək üçün 2025-ci ildən xarici banklara rəqəmsal rubla çıxış imkanı verməyi təklif edib.

Banco.az  Rusiya Mərkəzi Bankına istinadla xəbər verir ki, hazırda xarici bankların rəqəmsal rubla qoşulması üçün normativ baza hazırlanır.

Layihəyə əsasən, 2025-ci ildən etibarən xarici kredit təşkilatlarının rəqəmsal rubllarının nəzərə alınacağı xüsusi hesab yaradılacaq. 

Onun üzərində əməliyyatlar “Rəqəmsal Rubl Platforması haqqında” reqlamentə uyğun olaraq həyata keçiriləcək.

Qeyd edilir ki, rəqəmsal rubl haqqında qanuna uyğun olaraq, xarici banklar platformanın iştirakçıları ola və rəqəmsal rublda hesablar aça bilər. Lakin bu, tənzimləmənin hazırkı versiyası ilə ziddiyyət təşkil edir.

Mərkəzi Bankın məlumatına görə,  rəqəmsal rubl platformasını qurarkən transsərhəd qarşılıqlı əlaqənin mümkünlüyü nəzərə alınıb, buna görə də bu, qanunda göstərilib. İndi bunun müvafiq qanunvericilik aktlarında öz əksini tapmasına ehtiyac var.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin rəqəmsal valyutanın Rusiyada təxminən 2023-cü ilin sonunda mövcud olacağını bildirib.

İyulun 24-də Rusiya prezidenti Vladimir Putin rəqəmsal rublun tətbiqi haqqında qanunu imzalayıb.

Yeni valyuta ilə əməliyyatlar xüsusi platformada həyata keçirilə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et