Rusiya vətəndaşları rekord məbləğdə kredit götürüblər | Banco.az

Rusiya vətəndaşları rekord məbləğdə kredit götürüblər

Bu ilin I yarısında Rusiya vətəndaşları köhnə borclarını qaytarmaq üçün rekord məbləğdə - 68,3 mlrd. rubl (təxminən, 1,8 mlrd. ABŞ dolları) kredit götürüblər. 

Bu barədə “Ekvifaks” kredit tarixlərinin araşdırılması börosundan bildirilib. 

Böronun məlumatına əsasən, hesabat dövründə Rusiyada yenidən maliyyələşdirmə məqsədi ilə götürülən istehlak kreditlərinin orta məbləği illik müqayisədə 17% artaraq 520 min rubl (təxminən 13,5 min dollar) təşkil edib. Son 1 ildə bu məqsədlə bağlanılan müqavilələrin sayı isə təxminən 42% artaraq 92 mindən 131 minə çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə yenidən maliyyələşdirilən məqsədli istehlak kreditlərinin ümumi kredit portfelində payı 0,8%-dən 2,3%-ə yüksəlib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et