Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov ölkə iqtisadiyyatının bu il 1,2 faiz artacağını gözlədiklərini bildirib.
Banco.az xəbər verir ki, Reşetnikov Rusiya İqtisadi İnkişaf Nazirliyi ilə Rusiya Maliyyə Nazirliyi arasında paytaxt Moskvada keçirilən birgə iclasda çıxış edib.
Rusiya iqtisadiyyatının bərpaya davam etdiyini ifadə edən Reşetnikov, “Bu il iqtisadiyyatda 1,2 faiz artım gözləyirik. İstehlak tələbinin bərpası ilə iqtisadi artımın 2026-cı ilə qədər 3 faizə çatacağını proqnozlaşdırırıq”, deyə əlavə edib.
Reşetnikov ölkədə ilin sonunda inflyasiyanın 5,3 faiz səviyyəsində olmasını gözlədiklərini də dilə gətirib.
Xatırladaq ki, Qərb ölkələrinin hərtərəfli sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadiyyatı 2022-ci ildə 2,1 faiz kiçilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!