Müəllif:Ayşən İmanova/Banco.az
"Rusiya Özbəkistan iqtisadiyyatına 10 milyard dollara yaxın sərmayə qoyub, böyük layihələrin həyata keçirilməsi hesabına bu rəqəmin artması üçün potensial var".
Banco.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin geniş tərkibdə Rusiya-Özbəkistan danışıqlarının əvvəlində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Özbəkistana investisiyaları ildən-ilə artır.
“Biz ticarət və investisiya sahəsində müsbət dinamikanı möhkəmləndiririk, buna iki ölkənin hökumət başçıları səviyyəsində birgə komissiyanın işi də kömək edir”, - deyə Putin əlavə edib.
Məlumata görə, Özbəkistanda Rusiyanın iştirakı ilə üç minə yaxın müəssisə, Rusiyada isə özbək kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!