Rusiya Mərkəzi Bankı yeni mexanizm hazırlayır - Qərbdə dondurulmuş aktivlər mübadilə ediləcək? | Banco.az

Rusiya Mərkəzi Bankı yeni mexanizm hazırlayır - Qərbdə dondurulmuş aktivlər mübadilə ediləcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiya Mərkəzi Bankı xarici investisiyalara nəzarət üzrə hökumət komissiyası ilə birlikdə depozitarların və peşəkar iştirakçıların vasitəçiliyi ilə bloklanmış aktivlərin mübadiləsi mexanizmini hazırlayır.

Banco.az-ın məlumatına görə, bunu Rusiya Federasiyası Mərkəzi Bankının İnvestisiya maliyyə vasitəçiləri departamentinin rəis müavini Olqa Sizova deyib.  O bildirib ki, layihə hazırlıq mərhələsindədir.

Bir müddət əvvəl “Bloomberg" agentliyi yazmışdı ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gəlir əldə etməyi planlaşdırır.

Bildirilib ki, Aİ-nin üzvləri İspaniya, Belçika, İtaliya, Fransa və Almaniya rəsmiləri ilə görüşlər keçirəcək.

“Rusiya Mərkəzi Bankının Aİ-də aktivlərinin təxminən 3 milyard avro gəlir gətirəcəyi gözlənilir”, - deyə nəşrdə bildirilib.

Görünür bu vəziyyətdən çıxış yolu kimi yeni layihə hazırlanır.

Bəs yeni layihə nə qədər təsirli olacaq?

Noyabrın ortalarında Rusiya Bankı rus investorlarının dondurulmuş xarici qiymətli kağızlarının (bir portfel üçün 100 min rubla qədər) Rusiyada "C" növündə bloklanmış əcnəbilərin aktivlərinə dəyişdirilməsi mexanizminin təxmini konsepsiyasını təqdim etdi.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın sözlərinə görə, rusiyalı investorların 80%-dən çoxu bu kateqoriyaya aiddir. Xatırladaq ki, xarici investorlar üçün “C” tipli hesab bankda, brokerdə və ya depozitarda açıla bilən xüsusi hesabdır. Bu hesaba səhmlər üzrə dividendlər və rubldakı istiqrazlar üzrə kuponlar köçürülə bilər.

Rusiya Federasiyası Mərkəzi Bankının ötən ilin noyabrında verdiyi məlumata görə, “C” tipli hesablardakı vəsaitlərin ümumi həcmi 280 milyard rublu ötüb. 

Rusiya Federasiyasının Mərkəzi Bankı tərəfindən təklif olunan mübadilə mexanizmi belə olacaq: 

Birincisi, depozitar vasitəsilə ticarətin təşkilatçısı təklif vermək üçün dəvət göndərir. Depozitarilər bloklanmış xarici qiymətli kağızların satışı ilə bağlı təkliflər vermək hüququna malik olduqları barədə müştərilərinə məlumat verməlidirlər.İkincisi, investorlar qiymətli kağızların satışı üzrə təkliflərini hərracın təşkilatçısı ilə birlikdə 100 min rubl məbləğində satış həddi nəzarət etməli olan brokerlər vasitəsilə göndərəcəklər. Üçüncü, birja çərçivəsində rusların xarici qiymətli kağızları öncədənqiymətli kağızlar hesabının xüsusi bölməsinə göndəriləcək, bundan sonra artıq satılan qiymətli kağızlar hərracının təşkilatçısına veriləcəkdir. Dördüncüsü müştərilər təkliflər göndərdikdə və onlar hərracın təşkilatçısı tərəfindən toplandıqda satışa çıxarılan qiymətli kağızları birbaşa qeyri-rezidentlərin  (əcnəbilərə) alması üçün dəvət edib və təklifi öz vasitəçilərinə göndərməli olacaqlar.  Qeyd olunur ki, Rusiyanın tanınmış müştərilərindən mübadilə proseduru üçün ödəniş alınmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin investorların bloklanmış aktivlərinin dəyişdirilməsi üçün təklif olunan mexanizmin praktikada işləyəcəyinə ümid etdiyini bildirsə də, qeyd edib ki,  bunun üçün xaricdəki tənzimləyicilərin razılığı lazımdır.

Avropa Komissiyasından olan ekspertlərin məlumatına görə, belə bir mexanizmin həyata keçirilməsinin mümkünlüyü son dərəcə şübhəlidir. Maliyyə Analitikləri müşahidə şurasının üzvü Alexander Razuvaev deyib ki, Qərb ölkələrinin nümayəndələri bununla razılaşmayacaqlar:

“Biz ancaq münaqişənin bitməsini və xaricə investisiyalarımızın, o cümlədən Mərkəzi Bankın ehtiyatlarının və qeyri-rezidentlərin buradakı investisiyalarının blokdan çıxmasını gözləyə bilərik. Düşünürəm ki, bunun baş verməsinə bir qədər var,  əks halda Qərb artıq Rusiya Federasiyası Mərkəzi Bankının ehtiyatlarını Ukraynaya köçürmüş olardı”. 

Xatırladaq ki,  2023-cü il noyabrın 8-də Rusiya prezidenti Vladimir Putin rusiyalıların və əcnəbilərin dondurulmuş aktivlərinin mübadiləsi ilə bağlı tədbirlər haqqında “Xarici qiymətli kağızların dövriyyəsi ilə bağlı əlavə müvəqqəti iqtisadi tədbirlər haqqında” fərman imzalayıb.

Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən təklif olunan mübadilə mexanizmi bu fərmanı həyata keçirmək cəhdi kimi görünür. Amma məsələ ondadır ki, bu plan  Rusiyada bu günə qədər hüquqşünaslar, brokerlər, maliyyəçilər və bazar iştirakçıları tərəfindən  reallıqdan uzaq xoş arzu kimi görünür. Onlar bu planın reallaşacağına o qədər də inam bəsləmirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et