Rusiya Mərkəzi Bankı: Neftin qiyməti enəcək | Banco.az

Rusiya Mərkəzi Bankı: Neftin qiyməti enəcək

Qlobal bazarda neft qiymətləri qısa və ortamüddətli perspektivdə 40 dollar/barelə kimi geriləyə bilər. "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama Rusiya Bankı (Mərkəzi Bank) sədrinin birinci müavini Kseniya Yudayeva tərəfindən maliyyə sabitliyi forumunda verilib.

K.Yudayeva bildirib ki, Rusiya Bankının baza ssenarisi qısa və ortamüddətli perspektivdə neft qiymətlərinin 40-45 dollar/barelə qədər geriləməsinə əsaslanır: "Neft bazarı OPEC və digər neft hasilatçısı ölkələrin birgə fəaliyyəti nəticəsində daha balanslaşdırılmış vəziyyətə çatıb, qiymətlər artıb. Son rüblərdə neft qiymətləri kifayət qədər geniş diapazonda möhkəmlənib. Uzunmüddətli trend üçün bu vəziyyət sabitlik təminatı versə də, mümkün mənfi ssenarilərin olması ehtimalları böyükdür".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az