Rusiya iqtisadiyyatı birinci yarımillikdə 1,4 faiz artım göstərib | Banco.az

Rusiya iqtisadiyyatı birinci yarımillikdə 1,4 faiz artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya iqtisadiyyatı cari ilin ilk yarısında 1,4 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının artım göstəricilərini açıqlayıb.

Nazirliyində müvafiq bəyanatında ölkə iqtisadiyyatının iyun ayında da 5,3 faiz artım göstərdiyi vurğulanaraq ilk yarımillik üzrə artımın 1,4 faiz hesablandığı qeyd olunub.

Bəyanatda sənaye istehsalının ilin birinci yarısında əvvəlki illə müqayisədə 2,6 faiz artdığı, inflyasiyanın isə iyun ayında illik 3,6 faiz olaraq qeyd edildiyi bildirilib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının hesablamalarına görə, ötən il 2,1 faiz daralmış Rusiya iqtisadiyyatının bu il 2 faiz səviyyələrində böyüməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram