Bir sıra Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən ayrılması Rusiya ilə Türkiyə arasında milli valyutalarda ticarətin inkişafına xidmət edə bilər.
Bu barədə Türkiyə İxracatçılar Birliyi bildirib.
Qeyd olunub ki, Rusiyaya qarşı tətbiq olunan sanksiya və məhdudiyyətlərə baxmayaraq, fevral ayında Türkiyə lirəsi ilə ixrac təxminən 100 faiz artıb.
Eyni zamanda, Türkiyə İxracatçılar Birliyi bildirib ki, SWIFT sistemindən ayrılma Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünə təsir etməyəcək.
Rusiya və Türkiyə arasında milli valyutalarda hesablaşmalar barədə saziş 2019-cu ilin oktyabrında imzalanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!