"RSM" hansı bankların hesabatına təminat verir? | Banco.az

"RSM" hansı bankların hesabatına təminat verir?

RSM International peşəkar audit xidməti göstərən beynəlxalq şirkətdir. Dünyanın bir çox yerində üzv şirkətlər vasitəsilə fəaliyyət göstərir.

Şirkət müştərilərə audit və təminat, vergi, konsaltinq,  hüquqi və maliyyə məsləhəti, autsorsinq kimi xidmətlər göstərir və 120-dən çox ölkədə fəaliyyətini həyata keçirir.

RSM Azərbaycan beynəlxalq RSM təşkilatının bir üzvüdür və RSM adını istifadə edərək ticarət etmək haqqına sahib təşkilatdır.RSM təşkilatının üzv firmaları ticarət ünvanı olaraq RSM adını istifadə etmək haqqına sahibdir.

RSM Azərbaycan məhdud məsuliyyətli cəmiyyəti 2008-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərir və müxtəlif sektorlardan olan müştərilərə - bank, sığorta, tikinti, lizinq şirkətlərinə və dövlət agentliklərinə audit və təminat, vergi, autsorsinq və s. xidmətlər təklif edir. 

E-mail: info@ kapitalkarden.az

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

RSM Azərbaycan məhdud məsuliyyətli cəmiyyəti Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.

RSM audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:

Bank

Bank ilə ardıcıl olaraq çalışma müddəti

Bank BTB

2013-2015

Gunay Bank

2015

NBC Bank

2013-2015

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax:

Hansı bankların auditini "Deloitte"şirkəti həyata keçirir?

"KPMG" bu banklarımızın audit rəyini verir

“Ernst & Young” audit şirkəti ilə çalışan 7 bank hansıdır?

"PwC" bu banklarımızın maliyyə hesabatlarını yoxlayır