"KPMG" bu banklarımızın audit rəyini verir | Banco.az

"KPMG" bu banklarımızın audit rəyini verir

KPMG “Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır.

Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" ,  "PWC" və “Ernst & Young” –dan sonra dördüncü yerdədir.

Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

“KPMG Azərbaycan limited” şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

E-mail: [email protected]

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

“KPMG Azərbaycan limited” Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.

“KPMG Azərbaycan limited” audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:

Bank

Bank ilə ardıcıl olaraq çalışma müddəti

AGBank

2011-2014

Bank Standard

2012-2013

Nikoil Bank

2015

Rabitəbank

2015

Ən sərfəli kredit üçün müraciət et

“Ernst & Young” audit şirkəti ilə çalışan banklar hansılardır bilmək istəyirsinizsə, buraya daxil olun.

Hansı bankların auditini "Deloitte"şirkəti həyata keçirir bilmək istəyirsinizsə, daxil olun.