Hansı bankların auditini "Deloitte"şirkəti həyata keçirir? | Banco.az

Hansı bankların auditini "Deloitte"şirkəti həyata keçirir?

"Deloitte Touche Tohmatsu Limited" dünyanın 4 böyük peşəkar xidmət şəbəkələrindən biridir, gəlirlərinə və və mütəxəssislərinin sayına görə isə dünyada birincidir.

"Deloitte" seçilmiş müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergi üzrə və digər əlaqədar xidmətlər göstərmək məqsədilə dünyanın bir çox ölkələrində on minlərlə peşəkarların əməkdaşlıq etdiyi bir brenddir.

Deloitte & Touche MMC DTTL-in Azərbaycandakı üzv şirkətidir. Deloitte-un Bakı ofisi 2002-ci ildən fəaliyyət göstərir. 100-ə yaxın peşəkar heyət ilə Deloitte Azərbaycanda audit, vergi və hüquq, konsaltinq və maliyyə məsləhəti sahəsində peşəkar xidmətlər göstərir.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

Deloitte & Touche MMC Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.

“Deloitte & Touche” audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:

Bank

Bank ilə ardıcıl olaraq çalışma müddəti

AFB Bank

2013-2015

Bank of Baku

2011-2015

Bank Respublika

2005-2014

Bank Silk Way

2015

Beynəlxalq Bank

2014-2015

Dəmirbank

2011-2014

Turanbank

2014-2015

Unibank

2013-2014

Ən sərfəli kredit üçün müraciət et