Rişi Sunakın mühafizəçisi seçki tarixi ilə bağlı mərcə girdiyi üçün saxlanılıb | Banco.az

Rişi Sunakın mühafizəçisi seçki tarixi ilə bağlı mərcə girdiyi üçün saxlanılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın şəxsi mühafizə xidmətinin əməkdaşı Britaniyada növbədənkənar seçkilərin tarixi ilə bağlı mərc etdiyi üçün saxlanılıb.

Banco.az xəbər verir ki, mühafizəçi bazar ertəsi günü ictimai vəzifədə qanunsuz davranış şübhəsi ilə saxlanılıb. 

O, daha sonra əlavə araşdırmalar üçün zaminə buraxılıb.

Komissiya nümayəndəsinin sözlərinə görə, araşdırma hələ başa çatmayıb və hazırda əlavə məlumat vermək mümkün deyil.

İttihamların qoyulub-qoyulmayacağına dair qərarı Kral Prokurorluğu araşdırması başa çatdıqdan sonra verəcək.

Qeyd edək ki, təhlükəsizlik əməkdaşının ehtiyatsız hərəkəti seçki tarixi ilə bağlı ilk qalmaqal deyil. Bundan əvvəl, baş nazirin köməkçilərindən Kreyq Uilyams səsvermə tarixinin elan edilməsindən bir neçə gün öncə seçkinin iyul ayında keçiriləcəyinə 100 funt-sterlinq (127 dollar) mərc edib. Hazırda siyasətçinin insayder məlumatı olub-olmadığı məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et