Moody's beynəlxalq reytinq agentliyi “Kapital Bank”ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "Ba3" səviyyəsində təsdiqləyib.
Həmçinin, agentlik bankın reytinq üzrə proqnozunu mənfidən stabilə dəyişib. Bankın reytinqinin təsdiqi və proqnozun sabitliyə dəyişməsi “Kapital Bank”ın xarici şoklara qarşı ödəmə qabiliyyətinin davamlılığını əks etdirir.
Report.az