Rəqəmsal reklamlarda hansı rənglərdən istifadə edilməlidir? | Banco.az

Rəqəmsal reklamlarda hansı rənglərdən istifadə edilməlidir?

Tamara Mustafayeva, Banco.az

Reklam kampaniyalarında istifadə olunan rənglərin harmoniyası niyə vacibdir?

Banco.az xarici mətbuata istinadən təqdim edir ki, marketinq fəaliyyətində mühüm rol oynayan rəng seçimi müştəri davranışına birbaşa təsir göstərir. Reklam kampaniyalarında istifadə edilən rənglər böyük əhəmiyyət daşıyır, çünki etibarlılıq, davamlılıq, ucuzluq, münasib qiymət, hər kəsə uyğunluq və s. kimi bir çox məna yükləyə bildiyimiz rənglər markaları istehlakçılara tanıdan başlıca amillərdən sayılır.

Hətta təkcə rəng tonuna əsasən xatırladığımız bir çox tanınmış brend mövcuddur. Məsələn, özünə məxsus qırmızı tonu ilə "Coca-Cola", mavi çalarları ilə "Facebook"...

Marketinqdə rənglər önə çıxdıqları kimi, sektorlara görə də müəyyən rənglər daha çox ön plana çıxır və istehlakçıya təsir etməyə başlayır. Məsələn, turizm sektorunda geniş şəkildə istifadə edilən rəngləri fikirləşdikcə ağlımıza mavi, sarı, qırmızı və narıncı gəlir. Bu da təsadüfi deyil, çünki həmin rənglərin ənənəvi mənaları dəniz, qum və günəşdir.

Bəs normadan çox daha çox məna daşıyan bu rənglərə istehlakçılar necə reaksiya verirlər?

Mavi

Mavi rəngin dəniz kimi əks olunmasının səbəbi əslində suyu təmsil etməsidir. Bununla belə, əksər brendlər loqolarında mavi rəngdən istifadə etməyə üstünlük verirlər, çünki bu rəng sülh və inamı xarakterizə edir. "Intel", "Facebook", "Twitter", "Samsung" kimi brendlər loqolarında mavi tonlardan istifadə edirlər.

Qırmızı

Bu rəng enerji və canlılıq rəmzidir. Ürəyi assosiyasiya edən qırmızı rəng insanlara məhsulu almağa tələsməli olduqlarının mesajını verir. Pərakəndə şirkətlər və xüsusi kampaniya həyata keçirən müəssisələr bu rəngdən daha çox istifadə edirlər.

Sarı

Sevinc, gənclik və dinamikliyi təmsil edən bu rəng əsasən, gənclər üçün məhsulların satışı ilə məşğul olan markalar tərəfindən istifadə edilir.

Onun əks etdirdiyi başqa bir emosiya isə “müvəqqətilik” hissdir. Turizm sektorunda adətən 3-4 gün qalan erkən rezervasiya kampaniyalarında rənglər qırmızıdan sarıya dəyişir. Çünki sarı rəngi görən insanlar kampaniyanın qısa müddətdə bitəcəyi hissinə qapılırlar.

Ən sərfəli kredit üçün müraciət et

Çəhrayı: 

Bu rəng qadınlar üçün şəxsi qulluq vasitələri satan markalar tərəfindən istifadə edilir. Romantikanın rəmzi olan çəhrayı həmçinin müsbət enerji də ötürür.

Narıncı: 

Narıncı rəng bir çox sahədə əsaslılığı təmsil edir. Hər kəsə xitab edir və satın alma istəyinə çox güclü təsir göstərir. Onlayn alış-veriş saytları, banklar və elektronika müəssisələrinin çox sevdiyi bir rəngdir.

Bənövşəyi

Emosionallığın rəmzi olan bu rəng əsasən, gözəllik vasitələri və yaşlanma əleyhinə məhsullarda istifadə edilir.

Yaşıl: 

Təbiətin rəngi olan yaşıl hüzuru və inamı təmsil edir. Bu rəng əsasən, otellər, səhiyyə müəssisələri, turizm şirkətlərinin reklamlarında istifadə edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram