Rəqabətə davamlı şirkət yaratmaq üçün vacib məqamlar hansıdır? – Ekspert rəyi | Banco.az

Rəqabətə davamlı şirkət yaratmaq üçün vacib məqamlar hansıdır? – Ekspert rəyi

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

 “Yetkin və effektiv menecer olmaq balans yaratmaq tələb edir. Əks halda yarımçıqlıq olur və performans axsayır”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı, biznes konsultantı Anar Bayramov deyib.

İqtisadçının təhlillərinə görə, idarəçi balanslı dəyər yaratmaqla  təkcə maliyyə göstəricilərinə fokuslanmalı deyil, həm də biznesin digər perspektivləri (müştəri, HR, proses və s.) də diqqətdə saxlamalıdır. Əks halda şirkət birtərəfli inkişaf edir və dayanıqlılıq sual altında olur.

“İdarəçi müxtəlif biznes funksiyalarının (satış, maliyyə, marketinq, əməliyyat, HR və s.) mahiyyətini bilməli, qərar verəndə kompleks yanaşma olmalıdır. Məsələn, satış yönümlü rəhbər təkcə satışı yox, işin maliyyə,insan, əməliyyat tərəfini və s. nəzərə almalıdır. İdarəetmə funksiyalarının balansını qorumaqla, idarəetmənin əsas funksiyaları (planlama, təşkiletmə, liderlik, nəzarət) balansda olmalıdır.Nəticədə,hamısı yaxşı işləməlidir ki, kifayət qədər effektivlik olsun. Biznes və idarəetmədə  texniki, emosional və konseptual bacarıqların balansa da nail olmaq lazımdır. Burada idarəetmə üslublarının (demokratik, avtoritar və s.), steykholderlərin maraqlarının balanslaşdırılması qorunmalıdır. Çox vaxt şirkətin steykholderlərinin fərqli və konfliktli maraqları olur. İdarəçi, bu konfliktli və çeşidli maraqlar balanslaşdıraraq hamını imkan daxilində razı salmağa çalışmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Anar Bayramov qeyd edib ki, qərar verən zaman həm qısamüddətli, həm də uzunmüddətli performans haqqında düşünülməlidir.

“Bir şirkətin dayanıqlı və rəqabətli ola bilməsi üçün indidən gələcək üçün “toxumlar” atılmalı, kadr hazırlığı, innovasiya, davamlı təkmilləşmə, markaya investisiya və s vacib məqamlar gözardı edilməməlidir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et