Reklam və marketinq mövzusunda ən yaxşı 10 TEDx çıxışı | Banco.az

Reklam və marketinq mövzusunda ən yaxşı 10 TEDx çıxışı

Tamara Mustafayeva, Banco.az

Bütün dünyada olduqca populyar hesab edilən və çıxışların geniş auditoriyaya çatdığı TEDx fərqli mövzu və qonaqları ilə daim diqqət mərkəzindədir. Öz sahələrinin mütəxəssisi olan şəxslərin TEDx çıxışları müvafiq sahədə uğur qazanmaq istəyən hər kəs üçün bələdçilik edir. Bugünkü məqaləmizdə də reklam və marketinq mövzusuna aid bu vaxta qədərki ən güclü 10 çıxışı təqdim edəcəyik.

1. Set Qodin – “Dilimlənmiş çörək”

Marketinq dühası adlandırılan Amerikalı yazıçı Set Qodinin 2013-cü ildə həyata keçirdiyi “Dilimlənmiş çörək” adlı çıxışı hələ də aktuallığını saxlayır. O, nitqində mühüm mövzulardan hesab edilən “hədəf kütləsinin düzgün müəyyən edilməsi”ndən bəhs edir.

2. Derek Sivers – “Necə hərəkətə keçmək olar”

Derek Sivers 2010-cu ildə baç tutan bu TEDx çıxışı zamanı hər hansı bir işə başlamağın təməl prinsiplərindən bəhs edir.

3. John Gerzema – “Böhrandan sonra istehlakçı”

Natiq çıxışında böhran vəziyyətindən sonrakı istehlakçı vərdişlərini və bu böhranın markalar üçün risk faktoru yaratmasından daha çox fürsətə çevrilə biləcəyindən danışır.

4. Scott Galloway – “Amazon, Apple, Facebook və Google hisslərimizi necə idarə edir”

Amazon, Apple, Facebook və Google şirkətlərinin ümumi bazar dəyəri Hindistanın ÜDM göstəcisi ilə eynidir. Bu dörd şirkət necə oldu ki, həyatımıza sirayət edə bildi? Scott Galloway çıxışında sözügedən şirkətlərlə bağlı çox mühüm məqamlara toxunur.

5. Sheena Iyengar – “Seçim etməyi necə asanlaşdıra bilərik”

Natiq istehlakçıların satın alma mərhələsində qarşılaşdıqları bir çox faktoru analiz edərək sadəliyin qərarın verilməsi prosesinə müsbət təsir göstərdiyindən bəhs edir.

6. Rory Sutherland – “Reklamçıdan həyati dərslər”

Ən sərfəli kredit üçün müraciət et

Rory Sutherland fərz edilən dəyərdəki dəyişikliyin ən az faktiki dəyər qədər qənaətbəxş olduğunu iddia edir və onun bu yanaşmasında həyata hansı pəncərədən baxdığımıza dair olduqca maraqlı nəticələr öz əksini tapır.

7. Don Cobley – “Fizika mənə marketinqlə bağlı nə öyrətdi?”

İlkin baxışda fikiza və marketinq arasında heç bir əlaqə olmadığını düşünə bilərsiniz, ancaq Dan Cobley marketinqə fizika bucağından baxaraq fərqli şərhə nail olur.

8. Josh Luber – “İdman ayaqqabıları nə üçün mükəmməl investisiya sayıla bilər?”

Josh Luber nadir rast gəlinən ya da məhdud sayda istehsal edilən idman ayaqqabılarının kolleksiyaçısı kimi tanınır. Luber idman ayaqqabılarının bazarda geniş əhatə dairəsinə sahib olduğunu dəqiqliklə qeyd edir.

9. Jose Miguel Sokoloff – “Müharibə ilə mübarizə aparmaq üçün Milad işıqlarından necə istifadə etdik?”

Reklam direktoru olan Jose Miguel Sokoloff, “Həyatım boyunca ölkəmdə bir gün belə sülh içində yaşamamışam”, deyə çıxışına başlayır. Kolumbiyada 50 ildir ki, davam edən “Kolumbiya İnqilabçı Silahlı Qüvvələri”  adlı ölkənin ən böyük partizan təşkilatına son qoymaq üçün addım atılır. Milad işıqları və bəzəklərindən necə istifadə etdiklərini gəlin özündən dinləyək.

10. Gaby Barrios – “Cins faktoruna əsaslanan marketinq nə üçün yanlışdır?”

Gaby Barrios çıxışında şirkətlərin müştərilərə çatmaq və markalarını böyütmək üçün daha yaxşı üsullara müraciət edə biləcəklərini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et