Rayonlarda yeni sənaye zonaları yaradılıb və zavodlar istifadəyə veriləcək | Banco.az

Rayonlarda yeni sənaye zonaları yaradılıb və zavodlar istifadəyə veriləcək

"Rayonlarda sənaye zonaları yaradılıb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd edib və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb.

Qeyri neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlət başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini bildirib. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışının təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Prezident İlham Əliyev bildirib ki, bu il ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşma, içməli su, yolların inşası layihələridir. "Sovetski" adlanan ərazinin abadlaşacağını, yeni istirahət məkanının yaradılacağını qeyd edən dövlət başçısı sosial infrastruktur layihələrinin icra olunduğunu, üç modul tipli məktəbin tikildiyi, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söyləyib.  

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et