Müəllif: Gülnar Əhmədli, Banco.az
Rabitəbank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 878 milyon 300 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 201 milyon 81 min manat və ya 29,7% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 631 milyon 547 min manat, hüquqi şəxslərin depozitləri isə 246 milyon 754 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 169 milyon 593 min manat (36,7%), hüquqi şəxslərin depozitləri isə 31 milyon 490 min manat (14,6%) artıb.
2024-cü ilin eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 461 milyon 954 min manat və 215 milyon 264 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
