Qonşu ölkədə şirkətlər açıqhava reklamlarına nə qədər pul xərcləyib? | Banco.az

Qonşu ölkədə şirkətlər açıqhava reklamlarına nə qədər pul xərcləyib?

Açıqhava Reklamcıları Vəqfi (ARVAK) şirkətlərin açıqhava məcrasına etdiyi ümumi investisiyanın həcmini müəyyən etmək üçün hər il hesabat hazırlayır. Hesabat raketdən böyük reklam sahəsini, indoor reklamlardan dijital ekranlara, bütün açıqhava seqmentlərini əhatə edir.

Türkiyə Açıqhava İnvestisiyaları Hesabatı ilk dəfə 2013-cü ildə yayımlanıb. Bu il hesabatı hazırlayan isə Deloitte Konsultasiya A.Ş. olub.

Araşdırmada iştirak edən 19 şirkətin dövriyyəsi gizli saxlanılıb. Beləliklə, 2018-ci ili əhatə edən, Türkiyə Açıqhava Reklam İnvestisiyaları hesabatına görə,

- 2018-ci ildə Türkiyə Açıqhava Reklam İnvestisiyalarının həcmi bir öncəki illə müqayisədə 5% artaraq 811 milyon TL-ə çatıb.

- Türkiyədə kampaniyalarda geniş istifadə olunan CLP, Billboard, megalight, banner kimi açıqhava reklam növlərinə edilən investisiyanın ümumi həcmi 2018-ci ildə 633 milyon TL-yə çatıb. Bu tip açıqhava reklam növlərinin ümumi açıqhava investisiyaları içərisindəki payı 78%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

- Giantposter olaraq adlandırılan böyük sahələrə (divar, şüşə səth, giantboard vb) edilən investisiya 94 milyon TL olub. Böyük sahələrin ümumi açıqhava reklam investisiyaları içərisindəki payı 12% olaraq müəyyən edilib.

- Ötən il Türkiyə açıqhava məcrasında ən yüksək artımdijital açıqhava və ekranlarda olub. Bu sahədə reklam investisiyasının ümumi həcmi 85 milyon TL-yə yüksəlib. 2018-ci ildəki artım ilə dijital açıqhava reklam növlərinə investisiyanın ümumi açıqhava investisiyaları içərisindəki payı 10%-ə yüksəlib.

Yaxın günlərdə paylaşılacaq Türkiyə Açıqhava Reklam İnvestisiyaları 2018 hesabatı, öncəki illərdən fərqli olaraq ölkənin açıqhava reklam investisiyalarının analizi ilə yanaşı, bir sıra qlobal açıqhava reklam investisiyalarının inkişaf dinamikasını və ölkənin adıçəkilən sektorunun çeşidli ölkələrlə müqayisəsi öz əksini tapacaq və marketinq sektoru ilə paylaşılacaq.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et