Beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti ABŞ ilə Çin arasında artmağa davam edən gərginlik ilə əlaqədar olaraq yenidən 2 min dollar səviyyəsini aşıb.
ABŞ ilə Çin arasında yenidən artan gərginlik "etibarlı liman" xüsusiyyətindəki aktivlərə tələbi artırıb.
Bakı vaxtı ilə saat 13:50-də qızıl 1,1% bahalaşma ilə 2007,50 dollardan ticarət olunub.
ABŞ "Huawei Technologies Co" şirkətinə məhdudiyyətləri daha da sərtləşdirib. Bu qərar gərginliyin daha da artmasına səbəb olub. Vaşinqton və Pekin arasında pandemiyadan Honq Konq məsələsinə qədər geniş bir fikir ayrılığı var.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!