Müəllif:Mehin Qasımova/Banco.az
Qızılın dünya qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 2153,55 dollardan yuxarı qalxıb.
Banco.az xəbər verir ki, bu Nyu-York Comex birjasının məlumatlarında öz əksini tapıb.
Daha sonra qiymətli metalın qiyməti rekord həddən bir qədər geriləyib. Qızıl qiymətləri bu həftə artaraq, fyuçersdə rekord səviyyələrə yaxınlaşııb.
Analitiklər qeyd edirlər ki , geosiyasi gərginlik, o cümlədən Avropa, Asiya və Afrika arasında rabitə kabellərinin qırılması ilə bağlı xəbərlər qiymət artımına səbəb olmaqda davam edir .
Yanvarda dünya mərkəzi bankları qızıl-valyuta ehtiyatları üçün 39 ton qızıl alıb ki, bu da əvvəlki ayın həcmindən iki dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!