Qərbin sanksiyaları fonunda Rusiyanın neft ixracı bu ölkələrə doğru dəyişib | Banco.az

Qərbin sanksiyaları fonunda Rusiyanın neft ixracı bu ölkələrə doğru dəyişib

Müəllif - Aida İsaq, Banco.az

Qərbin sanksiyaları fonunda Rusiyadan neft tədarükünün istiqaməti dəyişib. 

Banco.az xəbər verir ki, Rusiya mart ayında bütün xam neft tədarükünün 91%-ni Çin və Hindistana ixrac edib. Məlumata görə, ötən ay Rusiyadan neft və neft məhsullarının tədarükü 6,75 milyon barrel təşkil edib. Gündəlik xam neft ixracı isə 3,38 milyon barrelə çatıb. Bu rəqəmlər son 10 ayın ən yüksək göstəricisi olub.

Eyni zamanda, Çinə xam neft ixracı 1,65 milyon barrelə, Hindistana isə 1,43 milyon barrelə qədər yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram