Qərb şirkətlərinin çox azı Rusiyadakı investisiyalarını geri götürüb | Banco.az

Qərb şirkətlərinin çox azı Rusiyadakı investisiyalarını geri götürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qərb şirkətlərinin təkcə 8 faizi Rusiyadakı investisiyalarını geri götürüb.

Banco.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən, Aİ və G7-yə məxsus 1405 şirkətdən təkcə 120-nin ölkədəki investisiyalarının geri çəkildiyi müəyyən edilib.

İsveçrənin Sankt-Qallen Universitetinin Beynəlxalq Ticarət və İqtisadi İnkişaf professoru Saymon Evenet və “IMD” müstəqil Akademik İnstitutunun Strategiya və Beynəlxalq Biznes professoru Nikolo Pisani mənzil-qərargahı Aİ və G7 ölkələrində yerləşən şirkətlərin Rusiyadakı sərmayə qoyuluşlarını və Rusiya-Ukrayna müharibəsindən sonrakı vəziyyətlərini analiz ediblər.

Analiz Aİ və G7-də yerləşən, Rusiyada kapital investisiyaları olan və ən azı 2017-2021-ci illərdə 1 milyon dollardan çox gəliri olan şirkətlərə şamil edilib.

Nəticədə müəyyən edilib ki, Rusiyadakı 3444 xarici şirkətdən 2405-ni mənzil-qərargahı G7 və ya Aİ ölkələrində yerləşən 1405 şirkətin törəmə şirkətləridir.

Ən sərfəli kredit üçün müraciət et

Bu çərçivədə 2022-ci ilin noyabr ayına olan məlumata görə, 1404 şirkətdən 120-nin, yəni 8,5 faizinin Rusiyadakı investisiyalarını geri çəkdiyi bəlli olub.

Qeyd edək ki, Rusiyadakı fəaliyyətini dayandıran 120 şirkətin 25 faizi ABŞ, 12,5 faizi Finlandiya və 11,7 faizi Almaniya şirkətləridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et