Qazaxıstanın ən böyük bankı "Mir" kartlarına xidməti dayandırıb | Banco.az

Qazaxıstanın ən böyük bankı "Mir" kartlarına xidməti dayandırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Kapital baxımından Qazaxıstanın ən böyük banklarından biri olan “ Halyk Bank” (“Xalq Bankı”) Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandırıb. 

Banco.az xəbər verir ki, bu barədə təşkilatın çağrı mərkəzi məlumat yayıb.

Bankın nümayəndəsi məhdudiyyətlərin səbəblərini açıqlamayıb.

Qırğızıstanın da  aprelin 5-dən etibarən Mir kartlarının dəstəyini  dayandıracağı məlum olub. Bu qərara səbəb ABŞ Xəzinədarlığının ikinci dərəcəli sanksiyalar təhlükəsi olub .

Martın 30-dan isə “Mir” kartları sanksiyalara görə  Ermənistanda praktiki olaraq fəaliyyətini dayandırıb. 

“Mir” ödəniş sisteminin operatoru olan Milli Ödəniş Kartı Sistemi (MSCP) qeyd edib ki, xarici banklar bu cür qərarları müstəqil qəbul edirlər və maliyyə təşkilatlarının siyasətinə təsir etmək imkanı yoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram