Qazaxıstan uğrunda nəhənglərin rəqabəti: Çin, yoxsa Yaponiya? | Banco.az

Qazaxıstan uğrunda nəhənglərin rəqabəti: Çin, yoxsa Yaponiya?

Yaponiya Yeni İpək Yolu - Trans-Avrasiya meqalayihəsinin inkişafı fonunda Çinlə rəqabət aparmağa davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın “Nippon Express” yükdaşıma şirkəti Yaponiya, Cənubi Koreya, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında quru daşınmaların artırılması üçün Qazaxıstan dəmir yolları ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb.

“Nippon Express” yükləri Qazaxıstana çatdıracaq və Qazaxstan dəmir yolları ölkə vasitəsilə daşınmaya görə cavab verəcək.

Bu razılaşmadan bir neçə ay əvvəl isə Çinin COSCO (China Ocean Shipping Company) şirkəti ilə Qazaxıstan arasında malların Çinin Lyanyunqan limanı ilə Qazaxıstanın “Khorgos Gateway” quru limanına (limanın səhmlərinin 49 faizi Çinə məxsusdur) çatdırılması barəsə saziş imzalanıb. COSCO dünyanın ən böyük 10 konteyner operatorundan biridir və hər il 180 milyon ton yük daşıyır. Həmçinin bildirilir ki, tərəflər “Khorgos Gateway” limanına daxil olan Horqos-Şərq xüsusi iqtisadi zonasına investisiyaların böyük həcminin cəlb edilməsi ehtiyacını müzakirə edirlər.

 

“Nippon Express” və Qazaxıstan dəmir yolu şirkəti arasında imzalanan müqaviləyə isə Avrasiya və Afrikanın bütün ərazisində təsir və investisiyalar uğrunda Çin və Yaponiya arasında gedən mübarizənin davamı kimi baxmaq olar. Yeni İpək Yolu Asiya və Avropa ölkələri arasında inteqrasiya, inkişaf və ticarətin stimullaşdırılması layihəsidir. Layihəyə tez-tez Çinin təşəbbüsü kimi baxılır, amma bu, tamamilə belə deyil. Bütün region üzrə qarşılıqlı ticarət dəhlizləri, limanlar, elektrik stansiyaları və sənaye zonalarının yaradılması üzrə analoji layihələr bir çox ölkənin strateji planlarına daxildir. Yaponiya bu ölkələr arasında ən aktivlərdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın son layihələri arasında Türkmənistanda yeni qaztəmizləyici müəssisələri və kimyəvi zavodları, Özbəkistanda gübrələrin istehsalı üzrə zavod, Hindistanın Mumbay və Əhmədabad şəhərləri arasında sürətli dəmir yolu, Hindistanda metro tikintisi üzrə layihə, Filippinlərdə üç dəmiryol xətti, Banqladeşdə liman, Kambocada xüsusi iqtisadi zona və digərləri var. Yaponiyanın baş naziri Sindzo Abe bütün bunların maliyyələşdirilməsi üçün əlavə olaraq 200 milyard dollar verməyi vəd edir.

 

Çin və Yaponiya Asiya və Afrikada infrastrukturun inkişafı üzrə müxtəlif təşəbbüslərlə çıxış edir, konkret layihələr və geosiyasi məsələlərdə bir-birinə qarşı dururlar. Amma hər iki ölkə Yeni İpək Yolunu birlikdə tikməyə davam edir. Limanlar, avtomobil yolları, dəmiryol xətləri və xüsusi iqtisadi zonalara hər iki ölkənin qoyduğu sərmayələr nəticədə güclü əlaqələri, inkişafı və ticarəti təmin edən transkontinental şəbəkədə birləşir.

Qazaxıstan dəmir yolları şirkətinin vitse-prezidenti Arman Soltanovun sözlərinə görə, “Nippon Express”lə əməkdaşlıq Yaponiya və Cənubi Koreyadan təchizat həcmlərinin artmasına gətirib çıxaracaq və yüklərin bir hissəsi “Khorgos Gateway” limanı ilə daşınacaqlar.

Ömər Dağlı, Publika.az

Ən sərfəli krediti almaq üçün müraciət et