Qazaxıstan Rusiyaya 106 növ məhsulun ixracına qadağa qoyub | Banco.az

Qazaxıstan Rusiyaya 106 növ məhsulun ixracına qadağa qoyub

Müəllif: Mehin Qasımova/Banco.az

Qazaxıstan Rusiyaya 106 növ məhsulun ixracına qadağa qoyub.

Banco.az xəbər verir ki, Qazaxıstan Rusiya-Ukrayna müharibəsi səbəbindən Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə Rusiyaya 106 növ ikili təyinatlı məhsulun ixracına veto qoyub.

Qazaxıstan Ticarət və İnteqrasiya Nazirinin müavini Kayrat Torebayev açıqlamasında Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində pilotsuz təyyarələr, xüsusi elektron cihazlar və çiplər də daxil olmaqla 106 növ ikili təyinatlı məhsulun ixracını qadağan etdiklərini bildirib. 

Sözügedən məhsulların daha əvvəl Qazaxıstan üzərindən Rusiyaya ixrac edildiyini bildirən Torebayev, “Ölkəmiz Qərb və digər ölkələrdə istehsal olunan bu məhsulları idxal edir, lakin ixrac edilmir”-, deyə qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram