Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ-dən Kanadaya ilk “birgə” üzvlük dəvəti.
Banco.az xəbər verir ki, Ursula fon der Leyen Strasburqda etdiyi illik Avropa İttifaqının vəziyyəti ilə bağlı çıxışında deyib: “Tərəfdaşlıqlar Avropa üçün strateji seçimdir. Lakin bunlar eyni zamanda qaydalara əsaslanan beynəlxalq sistemdəki parçalanmaya cavabdır”.
Fon der Leyen bildirib: “Dünyaya eyni prizmadan baxırıq: süni intellektdən iqlim dəyişikliyinə, Şimal qütbündən geosiyasi məsələlərə qədər. Ukrayna, müdafiə, xammal və təchizat zəncirləri məsələlərində də birlikdə hərəkət etdik. Lakin hər şeydən əvvəl… Avropa və Kanada demokratiyaya inanır”.
Fon der Leyen Kanadanın Baş naziri Mark Karninin də iştirak etdiyi xalqa müraciət çıxışında bu dəvəti çatdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
