Qarabağa və Şəhidlərə həsr olunmuş ən geniş məlumat bankı www.karabakhlife.az fəaliyyətə davam edir | Banco.az

Qarabağa və Şəhidlərə həsr olunmuş ən geniş məlumat bankı www.karabakhlife.az fəaliyyətə davam edir

PAŞA Həyat şirkəti tərəfindən 8 may 2021-ci il tarixində Qarabağ və Şəhidlərə həsr olunmuş unikal fotobank olan “Karabakh Life” platforması istifadəyə verilmişdir.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də Qarabağla bağlı məlumatların bir yerə toplanılması və yayılması məqsədilə yaradılmış platformada hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyib zənginləşdirə bilər.

Qeyd edək ki, artıq Birinci və İkinci Qarabağ müharibələrində canı və qanı bahasına vuruşmuş qəhrəman şəhidlərimizin hər biri haqda məlumatlar yerləşdirilmişdir.

Bundan əlavə, fotobankda Qarabağın tarixi, məişəti və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alıb.

Hər birimizin ailəsində, yaxınlarında Qarabağdan xatirələr və fotoşəkillər, şəhidlərlə bağlı məlumatlar ola bilər. Hər kəsi bu işdə dəstək olmağa, informasiyanın artmasına və zənginləşməsinə töhfə verməyə çağırırıq.

Ölkənin lider həyat sığorta şirkəti PAŞA Həyat ölkəmiz və cəmiyyətimiz qarşısında olan məsuliyyətini unutmur və korporativ sosial məsuliyyət fəaliyyətinə daim  xüsusi diqqət ayırır.

Ən sərfəli kredit üçün müraciət et

Tarixi yaşatmaqda, yaymaqda və gələcək nəsillərə ötürməkdə hamımız həmrəy olmalıyıq. Ətraflı məlumat: https://karabakhlife.az/

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et