Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 62 milyon 898 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 365 milyon 264 min dollar və ya 6,8 dəfə azdır.
Hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 6,5 dəfə və ya 514 min 992 ton azalaraq 92,9 min tona enib.
Qeyd edək ki, Portuqaliya ötən ilin ilk 7 ayında həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 7-ci ölkə olub. Bu il isə o, bu siyahıda sonuncu yerlərdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!