Müəllif - Aida İsaq, Banco.az
Polşanın sabiq prezidenti Lex Valesa ölkədə qiymətlərin əhəmiyyətli dərəcədə artması fonunda yoxsullaşmanın sürətlənməsindən şikayətlənib.
Banco.az xəbər verir ki, onun sözlərinə görə, qidalar bahalaşsa da, pensiyaların məbləği haqqında bunu demək olmaz. Eyni zamanda öz pensiya məbləğinin qənaətbəxş olduğunu qeyd edərək, ölkəsində yüksək inflyasiya səbəbi ilə xərclərin çoxaldığını vurğulayıb.
Qeyd edək ki, son məlumatlara əsasən, yanvar ayında Polşada istehlak inflyasiyası rekord həddə çataraq 2,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!